Azərbaycanın şahmat yığmaları bu gün İngiltərə və ABŞ-la qarşılaşacaq

Azərbaycanın şahmat yığmaları bu gün İngiltərə və ABŞ-la qarşılaşacaq Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının IV tur qarşılaşmaları keçiriləcək.
Fərdi
27 Sentyabr , 2018 10:51
Azərbaycanın şahmat yığmaları bu gün İngiltərə və ABŞ-la qarşılaşacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının IV tur qarşılaşmaları keçiriləcək.

“Report” xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə yığması ilə qarşılaşacaq. Qadınların yarışında isə rəqib ABŞ kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan – İngiltərə
Şəhriyar Məmmədyarov – Maykl Adams
Teymur Rəcəbov – Lük Makşeyn
Arkadi Naydiç – Devid Hauel
Rauf Məmmədov – Cons Qaveyn
Ş.Məmmədyarovla A.Naydiç ağ, R.Məmmədov və E.Səfərli isə qara fiqurlarla oynaycaqlar.

Azərbaycan - ABŞ
Günay Məmmədzadə - Anna Zatonski
Zeynəb Məmmədyarova – İrina Kruş
Xanım Balacayeva – Tatev Abrahamyan
Gülnar Məmmədova – Cennifer Yu
G.Məmmədzadə ilə X.Balacayev ağ, Z.Məmmədyarova və G.Məmmədova isə qara fiqurlarla oynayacaqlar.

Qeyd edək ki, ilk 3 turu qələbə ilə başa vuran Azərbaycanın hər iki komandasının 6 xalı var. 

Son xəbərlər

Orphus sistemi