Azərbaycanın güləş millisi Avropa çempionatına Türkiyədə hazırlaşır

Azərbaycanın güləş millisi Avropa çempionatına Türkiyədə hazırlaşır Azərbaycanın qadınlardan ibarət güləş yığması ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.
Fərdi
28 yanvar 2020 10:11
Azərbaycanın güləş millisi Avropa çempionatına Türkiyədə hazırlaşır

Azərbaycanın qadınlardan ibarət güləş yığması ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib. 

"Report"un məlumatına görə, milli komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçir. 

Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edir. Azərbaycan millisi fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə toplanış keçəcək. Komanda qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.

Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.

Son xəbərlər

Orphus sistemi