​Azərbaycanın qadın velosipedçisi Sloveniyada çempion olub

​Azərbaycanın qadın velosipedçisi Sloveniyada çempion olub Yelena Pavluxina 1,3 km-dən ibarət marşrut boyunca 21 dövrə vurub
Fərdi
29 Aprel , 2015 18:41
​Azərbaycanın qadın velosipedçisi Sloveniyada çempion olub

Bakı. 29 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirakı planlaşdırılan Azərbaycanın qadın velosipedçilərdən ibarət yığma komandasının üzvü Yelena Pavluxina Sloveniyada təşkil edilən "Šenčurja" Qran-Prisinin qalibi olub. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, "Lyublyana" komandasının heyətində çıxış etməyə başlayan idmançı kriterium xarakterli yarışda 1,3 km-dən ibarət marşrut boyunca 21 dövrə vurub.

Hər 3 dövrədən sonra ara finişinin qeydə alındığı yarışda Pavluxina bütün rəqiblərindən daha yaxşı çıxış edib və Qran-Pridə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi