Azərbaycanın qadın şahmatçıları Yunanıstanı məğlub edib

Azərbaycanın qadın şahmatçıları Yunanıstanı məğlub edib Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.
Fərdi
28 Sentyabr , 2018 20:53
Azərbaycanın qadın şahmatçıları Yunanıstanı məğlub edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. 

"Report" xəbər verir ki, yığma V turda Yunanıstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 3:1.

Xanım Balacayeva və Ülviyyə Fətəliyeva rəqiblərini məğlub ediblər. Gülnar Məmmədova və Zeynəb Məmmədyarova isə görüşlərini heç-heçə ilə başa vurub. 

Bu nəticədən sonra qadınlardan ibarət Azərbaycan milli komandası 43-cü Ümumdünya Şahmat Olimpiadasında 8-ci xalını qazanıb.

Yunanıstan - Azərbaycan - 1:3 

Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova - 0,5:0,5

Stavrula Tsolakidu - Xanım Balacayeva - 0:1

Anastasiya Avramidu - Gülnar Məmmədova - 0,5:0,5

Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva - 0:1

Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edib.

Son xəbərlər

Orphus sistemi