​Azərbaycanın qadın karateçiləri İstanbula yollanıb

​Azərbaycanın qadın karateçiləri İstanbula yollanıb Milli komanda "Bosphorus Open" beynəlxalq turnirində iştirak edəcək
Fərdi
30 Aprel , 2015 13:35
​Azərbaycanın qadın karateçiləri İstanbula yollanıb

Bakı. 30 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına hazırlığın son mərhələsində olan karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək turnirə yollanıb. "Report"un məlumatına görə, mayın ilk günündə start götürəcək müxtəlif yaş qruplarında 28-ci "Bosphorus Open" beynəlxalq turnirində böyüklərdən 5 nəfər kumite, 2 idmançı kata yarışlarında, 2 karateçi isə 16-17 və 18-21 yaşlılar arasında tatamiyə çıxacaq.

Mayın 3-dək davam edəcək yarışda kumitedə 16-18 yaşlı seçmə komandanın üzvlərindən Ülvi Qurbanov (-60 kq), 18-21 yaşlılardan Sərxan Quluzadə (+84 kq), böyüklərdən Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) döyüşəcək. Kata yarışlarına isə Tural Balcanlı ilə Ədilə Qurbanova qatılacaq.

16-18 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevə məşqçi Denis Morozov kömək edəcək.

Qeyd edək ki, yığma komanda mayın 4-də Bakıya qayıdacaq.

Son xəbərlər

Orphus sistemi