Azərbaycanın qadın güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın qadın güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
Fərdi
124
24 Oktyabr , 2018 19:18
Azərbaycanın qadın güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb. 

"Report" xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib - 4:2 . 

Bir dəfə Dünya, 7 dəfə Avropa çempionu olan Mariya finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı 1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli Yanan Sunu üstələyib. 

Bu gün mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində, Anjela Doroqan 1/4 finalda, Alyona Kolesnik isə 1/8 finalda məğlub olublar. 

Qeyd edək ki, Mariya Stadnikin final görüşü sabah keçiriləcək. Azərbaycanın digər qadın idmançısı İrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. 

Son xəbərlər

Orphus sistemi