Azərbaycanın qadın güləşçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın qadın güləşçisi beynəlxalq turnirin qalibi olub Yalnız Mariya Stadnik mükafatçılar sırasına düşə bilib
Fərdi
16 Fevral , 2015 11:24
Azərbaycanın qadın güləşçisi beynəlxalq turnirin qalibi olub

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın qadın güləşi üzrə milli komandası İsveçin Klippan şəhərində açıq beynəlxalq turnirdə iştirak edib. "Report"un məlumatına görə, yığma üzvlərindən yalnız Mariya Stadnik medal qazana bilib. 

48 kq-da mübarizə aparan Stadnik Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə o, yaponiyalı Kika Kaqatanı vaxtından əvvəl tam üstünlüklə yenib və turnirin qızıl medalına yiyələnib. 

Qeyd edək ki, Mariya Stadnik planetin ən güclü qadın güləşçilərindəndir. O, dünya və 4 qat Avropa çempionu, eləcə də son iki olimpiadanın bürünc və gümüş mükafatçısıdır.   

Son xəbərlər

Orphus sistemi