Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 2 medal qazanıb

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 2 medal qazanıb Azərbaycanın qadın güləşçisi Elnur Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.
Fərdi
10 Mart , 2022 21:07
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 2 medal qazanıb

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 68 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Marta Navarro üz-üzə gəlib.

Görüşdən 6:3 hesabı ilə qalib ayrılan Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

20:39

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.

Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.

50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi