Yuxarı

​Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib

Alyona Kolesnikin finaldakı rəqibi Ukrayna təmsilçisi olacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Ruse şəhərində keçirilən Avropa çempionatının finalına yüksəlib. "Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ardıcıl olaraq moldovalı Yekaterina Rusu və türkiyəli Derya Bayhanı tam üstünlüklə məğlub edib.

A.Kolesnikin finaldakı rəqibi ukraynalı Tetyana Kit olacaq.

Bu gün döşək üzərinə çıxan azərbaycanlı digər qadın pəhləvan, 53 kq çəkidəki Leyla Qurbanova rumıniyalı Simona Prikob və türkiyəli Fikriye Gökü yensə də, yarımfinalda ukraynalı Lilya Horişna ilə görüşü uduzub. L.Qurbanova bürünc medal qarşılaşmada isveçli Sandra Sarkkinen ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatın üçüncü günündə mübarizəyə qoşulan Azərbaycanın qadın güləşçilərindən Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala yiyələnib. İlk yarış günündə isə yunan-Roma güləşçiləri Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi