Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb - YENİLƏNİB Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanın güləşçisi Elis Manolova Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Fərdi
3 May , 2018 18:58
Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb - YENİLƏNİB

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanın güləşçisi Elis Manolova Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 

"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarımfinalda Henna Katarina Johanssondan üstün olub. 

57 kq-da yarışan Alyona Kolesnik isə finala gedən yolda rusiyalı İrina Ologonovaya uduzaraq bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. 

Final görüşləri sabah keçiriləcək.


*** 14:10

Azərbaycanın iki qadın güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. 

“Report” xəbər verir ki, bunlar Alyona Kolesnik və Elis Manolovadır.

57 kq çəki dərəcəsində mübarizə aparan Kolesnik ilk görüşündə türkiyəli rəqibini, ikinci görüşündə ötən ilin norveçli Avropa çempionunu tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. 65 kq çəkidə yarışan Manolava isə macarıstanlı və çexiyalı güləşçilərdən üstün olub.

Anjela Doroqan (53 kq) və Elmira Qəmbərova (62 kq) ilk mərhələdə uduzsalar da, təsəlliverici görüşlərdə iştirak şanslarını qoruyurlar. 

Qeyd edək ki, ötən gün mübarizəyə başlayan Azərbaycan qadın güləşçilərindən Mariya Stadnik (50 kq) bu axşam final, Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) isə bürünc medal görüşünə çıxacaq. 

Son xəbərlər

Orphus sistemi