Azərbaycanın qadın güləşçiləri Ukraynada beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Azərbaycanın qadın güləşçiləri Ukraynada beynəlxalq təlim-məşq toplanışında iştirak edir Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplanışındadır
Fərdi
8 Fevral , 2016 20:10
Azərbaycanın qadın güləşçiləri Ukraynada beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Bakı. 8 fevral. REPORT.AZ/ Martın 8-də Latviyanın paytaxtı Riqada keçiriləcək güləş üzrə böyüklər arasında Avropa çempionatına hazırlaşan qadın güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. 

"Report"un məlumatına görə, yığma üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplanışında iştirak edir.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıb.

Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq. Daha sonra yığma komandanın üzvləri fevral 13 və 14-də Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi