Yuxarı
    Bağlamaq

    Azərbaycanın qadın güləşçiləri "Poland Open"də 4 medal qazanıb

    Mariya Stadnik fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

    Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın qadın güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilmiş 19-cu beynəlxalq “Poland Open” turnirində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın kapitanı Mariya Stadnik bütün rəqibləri üzərində təmiz qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

    63 kq çəkidəki Nadya Muşka da finala qədər irəliləyib. Lakin o, həlledici qarşılaşmada uduzaraq, gümüş medalla kifayətlənib. 58 kq çəkidə yer alan Yuliya Ratkeviç və 60 kq-dakı İrina Netreba isə bürünc medala sahib olub.

    Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi