Azərbaycanın qadın güləşçiləri Kiyevdə beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın qadın güləşçiləri Kiyevdə beynəlxalq turnirə qatılacaqlar Mariya Stadniklə Yuliya Ratkeviç də çıxış edəcək
Fərdi
12 Fevral , 2016 15:48
Azərbaycanın qadın güləşçiləri Kiyevdə beynəlxalq turnirə qatılacaqlar

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 13-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnirə start veriləcək. "Report"un məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycanın qadın güləşi üzrə yığma komandası da mübarizə aparacaq. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin, Almaz İsmayılova, Alyona Kolesnik (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq) və Gözəl Zutova (69 kq) sınaqdan keçiriləcək. 

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək. 

Proqrama əsasən, fevralın 13-də 48, 55, 60, 69 kq, 14-də isə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər yarışacaq. 

Son xəbərlər

Orphus sistemi