Yuxarı
    Bağlamaq

    Azərbaycanın qadın güləşçiləri dünya çempionatı öncəsi Polşada çıxış edəcəklər

    Poland Openə 6 pəhləvan qatılacaq

    Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanın qadın güləşçiləri Polşanın paytaxtı Varşavada iyulun 24-də başlanacaq beynəlxalq "Poland Open" turnirinə qatılacaqlar. "Report"un məlumatına görə, 19-cu dəfə təşkil olunan turnirdə milli komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında 6 pəhləvan çıxış edəcək. 

    Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək. 

    Qeyd edək ki, "Poland Open" 7 - 12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi