Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında günü 3 medalla başa vurublar

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında günü 3 medalla başa vurublar Qadın idmançılar 1 qızıl və 2 bürünc medal qazanıblar
Fərdi
3 May , 2018 22:46
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında günü 3 medalla başa vurublar

Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatının üçüncü günündə qadın güləşi üzrə 5 çəki dərəcəsində mübarizəyə yekun vurulub. 

"Report"un məlumatına görə, Azərbaycan pəhləvanları günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.

50 kq çəki dərəcəsindəki Mariya Stadnik Almaniya, Rusiya, Belarus və Rumıniyadan olan rəqiblərini çətinlik çəkmədən yenərək, karyerasında 7-ci dəfə Avropa çempionu olub. Onun aktivində "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalı da var.

59 kq çəkidəki Tatyana Omelçenko və 76 kq-da Səbirə Əliyeva isə bürünc medalla kifayətlənib.

Bu gün daha 5 çəkidə mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçisindən Elis Manolova (65 kq) finala yüksəlib, Alyona Kolesnik (57 kq) isə bürünc medal uğrunda yarışacaq.

Son xəbərlər

Orphus sistemi