Azərbaycanın qadın cüdoçusu Avropa kubokunda bürünc medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Avropa kubokunda bürünc medal qazanıb Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib
Fərdi
4 İyun , 2017 23:59
Azərbaycanın qadın cüdoçusu Avropa kubokunda bürünc medal qazanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

"Report" xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi də təmsil olunub.

52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi