Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb
Fərdi
27 Fevral , 2017 09:24
Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub.

"Report"un məlumatına görə, 54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.

Qeyd edək ki, Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub. 9 kişi boksçudan ən yaxşı nəticəni 1/4 finaladək irəliləyə bilən Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) göstərib. Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.

Son xəbərlər

Orphus sistemi