​Azərbaycanın qadın boksçuları Qazaxıstanda 4 medal qazanıb

​Azərbaycanın qadın boksçuları Qazaxıstanda 4 medal qazanıb Anna Əlimərdanova gümüş medala sahib olub
Fərdi
23 Noyabr , 2015 17:59
​Azərbaycanın qadın boksçuları Qazaxıstanda 4 medal qazanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Qazaxıstanın Atırau şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanın qadın boksçulardan ibarət milli komandası yarışda 1 gümüş və 3 bürünc medala sahib olub.

54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova yarımfinalda 2012-ci ilin dünya çempionu rusiyalı Aleksandra Kuleşovanı məğlub etsə də, finalda yerli boksçu Dina Jolamana uduzub. Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) isə bürünc medalla kifayətləniblər.

Son xəbərlər

Orphus sistemi