Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar

Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar Onlar turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar
Fərdi
23 İyul , 2017 12:30
Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar

Bakı. 23 iyul. REPORT.AZ/ Dağıstanda kişi və qadın boksçuları arasında beynəlxalq turnir keçirilib.

"Report" xəbər verir ki, yarışda qadın boksçularından ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

"Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

Son xəbərlər

Orphus sistemi