Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Serbiyada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı finalda cənubi koreyalı Jeonq Jooya uduzub - 7:15.
O, 1/4 finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmsilçisi Jozef Leyni (12:3) məğlub edib.
Qeyd edək ki, parataekvondoçu ötən il Rotterdamdakı analoji yarışda qitənin ən güclüsü olub. İdmançı həmçinin dünya çempionatının finalçısı və üçqat bürünc medalçısıdır.