Azərbaycanın paralimpiyaçıları Avropa Çempionatının ilk günündə beş medal qazanıblar

Azərbaycanın paralimpiyaçıları Avropa Çempionatının ilk günündə beş medal qazanıblar Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya Milli Komandasının idmançıları İtaliyanın Genuya şəhərində keçirilən Avropa Çempionatının ilk günündə beş medal qazanıblar.
Fərdi
26 İyul , 2019 20:48
Azərbaycanın paralimpiyaçıları Avropa Çempionatının ilk günündə beş medal qazanıblar

Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya Milli Komandasının idmançıları İtaliyanın Genuya şəhərində keçirilən Avropa Çempionatının ilk günündə beş medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, qızlar arasında 57 kq çəki dərəcəsində Sevda Vəliyeva gümüş, 52 kq çəki dərəcəsində Səbinə Abdullayeva bürünc medal qazanıb.

Kişilər arasında yarışda isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev gümüş, Namiq Abbaslı bürünc və 73 kq çəki dərəcəsində Ramil Qasımov bürünc medallara layiq görülüblər.

Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc medal qazanaraq Azərbaycan Paralimpiya Milli Komandası medal sayına görə birinci yerdə qərarlaşıb.

Sabahkı yarışlarda aşağıdakı idmançılarımız çıxış edəcəklər:

Kişilər

İlham Zəkiyev +100 kq

Kənan Abdullaxanlı -100 kq

Hüseyn Rahimli -81 kq

Qadınlar

Xatirə İsmiyeva +70 kq

Dürsədəf Kərimova +70 kq

Xanım Hüseynova -63 kq

Son xəbərlər

Orphus sistemi