Azərbaycanın paralimpiya komandasının ilk heyəti atletlər kəndinə daxil olub

Azərbaycanın paralimpiya komandasının ilk heyəti atletlər kəndinə daxil olub Azərbaycanın paralimpiya komandasının ilk heyəti Yay Paralimpiya Oyunları üçün Tokiodakı atletlər kəndinə daxil olub.
Fərdi
20 Avqust , 2021 11:43
Azərbaycanın paralimpiya komandasının ilk heyəti atletlər kəndinə daxil olub

Azərbaycanın paralimpiya komandasının ilk heyəti Yay Paralimpiya Oyunları üçün Tokiodakı atletlər kəndinə daxil olub.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, Yaponiyanın Şika şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən üzgüçülük üzrə yığma komanda paytaxta çatıb.

Qeyd edək ki, bu idman növündə ölkəni Vəli İsrafilov, Danna Şandıbina və Saleh Raman təmsil edəcək. Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi