Azərbaycanın olimpiya mükafatı qazanmış cüdoçularının vətənə qayıdacağı tarix açıqlanıb

Azərbaycanın olimpiya mükafatı qazanmış cüdoçularının vətənə qayıdacağı tarix açıqlanıb Olimpiyaçıların təntənəli qarşılanma mərasimi keçiriləcək
Fərdi
12 Avqust , 2016 13:18
Azərbaycanın olimpiya mükafatı qazanmış cüdoçularının vətənə qayıdacağı tarix açıqlanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın olimpiya mükafatı qazanmış cüdoçularının vətənə qayıdacağı tarix məlum olub.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən "Report"a verilən məlumata görə, avqustun 14-də Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında çıxış etmiş və aralarında cüdo üzrə gümüş medalçılar - Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) da olduğu 25 nəfərdən ibarət nümayəndə heyəti Paris-Bakı aviareysi ilə vətənə dönəcək. 

Həmin gün saat 18:00-da olimpiyaçılarımızın təntənəli qarşılanma mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi