Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.
Fərdi
4927
3 Avqust , 2021 12:06
Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib
İrina Kindzerska

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: "Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyavadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Ərinin valideynləri Bakının Nizami rayonunda yaşayırlar. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".

Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.

Son xəbərlər

Orphus sistemi