Bakı. 18 yanvar. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunları medalçılarının şərəfinə Çempionlar Divarlarının açılış mərasimi keçirilib.
"Report"un "Inside the Games"ə istinadən məlumatına görə, Olimpiya Parkındakı divarda ötənilki oyunların bütün 2568 medalçısının adları həkk olunub. Azərbaycanın Olimpiya medalçılarının adları Rio-de-Janeyroda Çempionlar Divarlarına həkk olunub.
Belə ənənə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından sonra ortaya çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi "Rio-2016" Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc), Paralimpiya Oyunlarında isə 11 medal (1 qızıl, 8 gümüş və 2 bürünc) qazanıb. Azərbaycan yığması Olimpiadada medalların əyarına görə 206 dövlət sırasında 39-cu, medalların sayına görə isə 15-ci yeri tutub.