"Azərbaycanı belə böyük yarışda təmsil etməyimə çox şadam. Özümə bəslənilən bütün ümidləri doğrultmağa çalışacağam".
"Report"un məlumatına görə, bunu ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.
On yeddi yaşlı idmançı olimpiadadakı ilk sınağında maksimum müsbət emosiyalar almaq üçün təmiz və emosional performans istəyini ifadə edib. O, daimi və tam qüvvə ilə hazırlıq keçdiyini də vurğulayıb: "Olimpiada öncəsi məşq prosesimdə bəzi dəyişikliklər oldu. Amma yenə də nəyəsə ümid etmək olar".
Qeyd edək ki, Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının açılış mərasimi ötən gecə İsveçrənin Lozanna şəhərində keçirilib. Tədbirdə Azərbaycanı