Yuxarı
    Bağlamaq

    Azərbaycanın MMA döyüşçüsü dünya çempionu olub - FOTO

    Rəqibi finalda onunla görüşə çıxmaq istəməyib

    Bakı. 8 dekabr. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində MMA üzrə dünya çempionatında Azərbaycan idmançısı Şahin Ramazanov qızıl medal qazanıb. 

    "Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində yer alan Ş.Ramazanov 3 görüş keçirməli olub.

    O, ilk qarşılaşmasında Rusiyada yaşayan ermənini 30 saniyəyə məğlub edib. Bundan sonra Ukrayna döyüşçüsünü də üstələyən Ş.Ramazanov finalda liviyalı ilə qarşılaşmalı olub. Lakin həmin rəqib döyüşə çıxmaqdan imtina edib. Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub. Ona diplom və qızıl medal təqdim edilib.

    Xatırladaq ki, dünya çempionatında 16 ölkə iştirak edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi