Azərbaycanın ilk peşəkar boksçusu ilə bağlı sənədli film təqdim edilib

Azərbaycanın ilk peşəkar boksçusu ilə bağlı sənədli film təqdim edilib Azərbaycanın ilk peşəkar boksçusu, yeganə dünya və Avropa çempionu, “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov haqqında sənədli filmin təqdimat mərasimi keçirilib.
Fərdi
108
13 May , 2022 11:49
Azərbaycanın ilk peşəkar boksçusu ilə bağlı sənədli film təqdim edilib

Azərbaycanın ilk peşəkar boksçusu, yeganə dünya və Avropa çempionu, “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov haqqında sənədli filmin təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Motivator Azerbaijan" layihəsinin müəllifi olduğu "Fariz boxer" adlı ekran işi ilə bağlı tədbirdə xalq artisti Alim Qasımov, "Qəbələ"nin prezidenti Fariz Nəcəfov, Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov, fitnes məşqçisi Kamil Zeynallı, boksçunun yaxın dostları və digər qonaqlar iştirak ediblər.

Filmdə veteran idmançının həyatı və uğur hekayəsindən bəhs edən səhnələr yer alıb.

Son xəbərlər

Orphus sistemi