Azərbaycanın ikiqat dünya çempionu "Rio-2016"ya qələbə ilə başlayıb

Azərbaycanın ikiqat dünya çempionu "Rio-2016"ya qələbə ilə başlayıb Məhəmmədrəsul Məcidov mərakeşli rəqibini məğlub edib
Fərdi
10 Avqust , 2016 02:28
Azərbaycanın ikiqat dünya çempionu Rio-2016ya qələbə ilə başlayıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Məhəmmədrəsul Məcidov ilk döyüşünə çıxıb. 

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançının 1/16 final mərhələsindəki rəqibi mərakeşli Mohammed Arjaui olub.

İlk raunddan üstün təsir bağışlayan Azərbaycan boksçusu sonadək təşəbbüsü əldən verməyib. Beləliklə, döyüş Məcidovun qələbəsi ilə yekunlaşıb - 3:0.

Avropa və ikiqat dünya çempionunun 1/8 finaldakı rəqibi qazaxıstanlı İvan Dıçko olacaq.

Son xəbərlər

Orphus sistemi