Azərbaycan idmançıları lisenziya turnirini 3 medalla başa vurub

Azərbaycan idmançıları lisenziya turnirini 3 medalla başa vurub Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçısı Bəhruz Mirzəyev (BC-4) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medal qazanıb.
Fərdi
7 aprel 2022 14:10
Azərbaycan idmançıları lisenziya turnirini 3 medalla başa vurub

Azərbaycanın boççia idman növü üzrə qadın paralimpiyaçısı Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, o, həlledici qarşılaşmada portuqaliyalı Ana Korreya ilə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan paralimpiyaçıları lisenziya turnirini 3 medalla başa vurublar. Daha əvvəl Bəhruz Mirzəyev (BC-4) birinci, Orxan Kərimov (BC-2) isə ikinci yeri tutub.

17:50

Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçısı Bəhruz Mirzəyev (BC-4) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, idmançı finalda ukraynalı Artyom Kolinkonu məğlub edib.

Orxan Kərimov (BC-2) bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabkaya qalib gələrək 3-cü yeri tutub.

Azərbaycanın qadın təmsilçisi Sona Ağayeva da qızıl medal əldə edə bilər. O, həlledici görüşdə portuqaliyalı Ana Korreya ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Son xəbərlər

Orphus sistemi