Azərbaycanın iki tamblinqçisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
"Report" xəbər verir ki, Mixal Malkin və Adil Hacızadə həlledici raunda vəsiqə qazanıblar.
Bu növdə mübarizə aparan Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahsudova finala adlaya bilməyiblər.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 25-də başa çatacaq.