Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına çıxıb

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına çıxıb Final görüşləri sabah keçiriləcək
Fərdi
27 Oktyabr , 2017 22:32
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına çıxıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib.

"Report" xəbər verir ki, Azərbaycan millisinin 2 boksçusu da adını həlledici döyüşə yazdırıb.

Belə ki, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0.

O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.

Kuşkovun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. İlk 2 görüşünü nokautla bitirən idmançımız Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini 3-cü raundda nokauta salıb.

Abdullayev qızıl medal üçün Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.

Yarımfinalda mübarizə aparan digər 2 boksçumuz finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Alahverdovıya (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi