İdman gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçiriləcək 52-ci dünya çempionatına yola düşüb.
Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova sözügedən ölkəyə yollanıblar.
Qeyd edək ki, yarış 30 sentyabr - 8 oktyabr aralığında gerçəkləşəcək.