​Azərbaycanın idman gimnastı Oleq Stepko Olimpiadada 22-ci olub

​Azərbaycanın idman gimnastı Oleq Stepko Olimpiadada 22-ci olub 22 yaşlı idmançı 6 hərəkətin cəmində 79,081 xal toplaya bilib
Fərdi
11 Avqust , 2016 01:47
​Azərbaycanın idman gimnastı Oleq Stepko Olimpiadada 22-ci olub

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən idman gimnastı Oleq Stepko fərdi çoxnövçülük üzrə final mərhələsində mübarizə aparıb.

"Report"un məlumatına görə, 22 yaşlı idmançı 6 hərəkətin cəmində 79,081 xal toplaya bilib.

Bununla da Stepko 24 finalçı arasında 22-ci yeri tutub.

Olimpiya çempionu titulunu 92,365 xalla yaponiyalı Kohey Uçimura qazanıb. Ukraynalı Oleq Vernyayev 92,266 xalla gümüş, böyük britaniyalı Maks Vaytlok 90,641 xalla bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi