Azərbaycanın güləş yığması dünya üçüncüsü olub

Azərbaycanın güləş yığması dünya üçüncüsü olub Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında Azərbaycan 3-cü yeri tutub.
Fərdi
8 Noyabr , 2021 00:23
Azərbaycanın güləş yığması dünya üçüncüsü olub

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında Azərbaycan 3-cü yeri tutub.

"Report"un məlumatına görə, bu nailiyyət medal əyarında əldə olunub.

2017-ci ildən keçirilən yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Əvvəlki 3 mundialda (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub və yalnız Rusiya (6 qızıl, 9 gümüş, 7 bürünc) ilə Ukraynadan (4 qızıl, 2 gümüş, 3 bürünc) geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) ilə Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadə (57 kq) ilə Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi