Azərbaycanın ən titullu ağırlıqqaldıranından dopinq aşkarlanıb

Azərbaycanın ən titullu ağırlıqqaldıranından dopinq aşkarlanıb Nizami Paşayevin Pekin olimpiadasında dopinq-testi nəticəsində 3 preparat qəbul etdiyi müəyyənləşib
Fərdi
24 Avqust , 2016 10:57
Azərbaycanın ən titullu ağırlıqqaldıranından dopinq aşkarlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. "Report"un IWF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də var.

N.Paşayevdən 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb. 

Qeyd edək ki, Nizami Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış Paşayev IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib, 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi