Azərbaycanın əməkdar məşqçisi vəfat edib

Azərbaycanın əməkdar məşqçisi vəfat edib Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Nəcəf Çöllüyev vəfat edib
Fərdi
4 Fevral , 2022 09:16
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Nəcəf Çöllüyev

Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Nəcəf Çöllüyev vəfat edib.

"Report"un məlumatına görə, sabiq sərbəst güləşçi 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəf Çöllüyev 1959 - 1964-cü illərdə milli və sərbəst güləş üzrə açıq ölkə birinciliyində 13 dəfə respublika çempionu olub. 1963-cü ildə “Azərbaycanın əməkdar idman ustası” fəxri adına layiq görülən Çöllüyev Ümumittifaq yarışlarda da titullara sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi