Yuxarı

Azərbaycanın dünya və olimpiya çempionu Avropa çempionatında zədələnib

Şərif Şərifov görüşə çıxa bilməyib

Bakı. 9 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş millisi ciddi itki ilə üzləşib. "Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan Şərif Şərifov bu gün səhər məşqində zədələnib.

Qolunda ağrılar hiss edən 28 yaşlı idmançı heyətdən çıxarılıb. Nəticədə Şərifovun belaruslu İvan Yankovski ilə görüşü baş tutmayıb. Yankovski birbaşa 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Şərif Şərifov dünya (2011) və olimpiya (2012) çempionudur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi