Yuxarı

Azərbaycan olimpiadaya 30-cu lisenziyanı qazanıb

Sabah, yanvarın 17-si daha iki təmsilçimizlisenziyalar uğrunda öz qüvvələrini sınayacaqlar

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Fəridə Əzizova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında 67 kq çəki dərəcəsində yer alan Əzizova bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.

O, müvafiq olaraq, makedoniyalı Petra Matiyaseviç (4:1), ukraynalı Tatyana Teterevyanikova (3:0) və sloveniyalı Franka Aniç (1:0) üzərində inamlı qələbələr qazanaraq, karyerasında ikinci dəfə olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycanın 30-cu lisenziyası olub.

Ümumilikdə isə bu, 2015-ci ilin dekabr ayında Radik İsaevin 80 kq-dan yuxarı çəki dərəcəsində qazandığı lisenziyadan sonra Rio-2016-ya taekvondo üzrə qazanılan ikinci vəsiqədir. Yanvarın 17-də Azərbaycanın daha iki təmsilçisi - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) də lisenziya uğrunda mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi