Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionu olub - FOTO

Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionu olub - FOTO Azərbaycan güləşçiləri günü 1 qızıl medalla tamamlayıb
Fərdi
11 Mart , 2016 23:20
Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionu olub - FOTO

Bakı. 11 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. "Report"un məlumatına görə, çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Azərbaycan güləşçiləri günü 1 qızıl medalla tamamlayıb.

Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Qanna Vasilenkov və İsveçdən Elin Yohanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olub. Final görüşünü də qələbə ilə başa vuran Sinişin Avropa çempionatının qızıl medalına sahib olub.

58 kq

1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin 2:4

1/4 final - Ganna Vasilenko (UKR) - Nataliya Sinişin 0:5

1/2 final - Nataliya Sinişin - Elin Johanna Nilsson (SWE) 12:2

FİNAL - Nataliya Sinişin - Grace Jacob Bullen (NOR) 3:1

69 kq

1/8 final - Gözəl Zutova - Dalma Caneva (İTA) 3:5

70 kq

1/8 final - Azamat Nurikau (BLR) - Gitinomaqomed Hacıyev 7:5

125 kq

1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (RUS) 6:3

1/4 final - Alan Zaseyev (UKR) - Cəmaləddin Məhəmmədov 6:2

Qeyd edək ki, ilk 3 yarış günündə Azərbaycan yığmasının üzvlərindən Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi