Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxıb

Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxıb Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.
Fərdi
5 Oktyabr , 2019 17:30
Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxıb

Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

“Report” xəbər verir ki, 68 kq çəkidə çıxış edən 23 yaşlı idmançı ardıcıllıqla Natalia Spiqolon (Braziliya), Ketrin Pederson (Danimarka), Linqlinq Tang (Çin) və Marina Pakoviçi (Monteneqro) məğlub edib.

Ukrayna əsilli karateçi bazar günü baş tutacaq finalda Qonq Li (Çin) ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) finala, Nuranə Əliyeva (50 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Bu idmançılar da oktyabrın 6-da tatami üzərinə çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi