Azərbaycanın daha bir güləşçisi dünya üçüncüsü olub

Azərbaycanın daha bir güləşçisi dünya üçüncüsü olub Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fərdi
260
20 Avqust , 2021 18:07
Azərbaycanın daha bir güləşçisi dünya üçüncüsü olub
Birgül Soltanova

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luisa Şeel ilə qarşılaşıb.

Rəqibinə "tuşe" ilə qalib gələn Soltanova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) bürünc medal qazanıb. Qadınlardan isə Jalə Əliyeva (59 kq) dünya üçüncüsü olub.

Son xəbərlər

Orphus sistemi