​Azərbaycanın daha bir cüdoçusu "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb - FOTO

​Azərbaycanın daha bir cüdoçusu "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb - FOTO Bu, Rüstəm Orucovun son 15 gündə qazandığı ikinci medaldır
Fərdi
7 May , 2016 16:28
​Azərbaycanın daha bir cüdoçusu Böyük dəbilqə turnirində bürünc medal qazanıb - FOTO

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov Bakıda keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb. "Report"un məlumatına görə, 25 yaşlı idmançı medal qarşılaşmasında macarıstanlı Olimpiya mükafatçısı Mikloş Unqvariyə qalib gəlib.

Orucov rəqibinin daha çox - 3 cərimə xalı alması səbəbindən üstün olub. Onun özü isə cəmi 2 cərimə xalı alıb. Beləliklə, istedadlı cüdoçu "Böyük dəbilqə" turnirlərində 6-cı medalına sahib çıxıb. O, həm də son 15 gündə ikinci medalını qazanıb. Orucov aprelin 22-də Avropa çempionu olub.

Unqvari ilə görüşü Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə yanaşı, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də izləyib.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının "Böyük dəbilqə" turnirində 2-ci bürünc medalı olub. Ötən gün Tərlan Kərimov (66 kq) da bürünc medala yiyələnib. 

Son xəbərlər

Orphus sistemi