Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/4 finala yüksəlib Məhəmmədrəsul Məcidov iordaniyalı rəqibini məğlub edib
Fərdi
29 Avqust , 2017 09:30

Bakı. 29 avqust. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. 

"Report"un məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Onlardan biri - Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionu iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Məcidov 1/4 finalda fransalı Kamili-Dini Abudo-Moindze ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.

Əvəzində Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/8 finalda monqolustanlı Tuvşinbat Byambaya 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub. 

Qeyd edək ki, daha əvvəl Kamran Şahsuvarlı (75 kq) 1/4 finala yüksəlib. Lorentso Sotomayor (64 kq) isə hakimlərin qərarı ilə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi