Azərbaycanın daha bir boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb.
Fərdi
17 Mart , 2022 18:33
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Cəlal Qurbanov Xorvatiyanın Poreç şəhərindəki U-22 Avropa çempionatında ikinci döyüşünü keçirib.

Federasiyadan "Report"a verilən məlumata görə, 63,5 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda finlandiyalı Yere Niemelainenə qalib gəlmiş idmançı bu dəfə sloveniyalı Nik Nikolovla qarşılaşıb. Rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edən Qurbanov 1/4 finala adlayıb.

Boksçunun bu mərhələdəki rəqibi ukraynalı İqor Kovtun olacaq. Döyüş martın 19-da baş tutacaq.

Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatında final döyüşləri martın 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi