Azərbaycanın daha bir ağırlıqqaldıranından dopinq tapılıb

Azərbaycanın daha bir ağırlıqqaldıranından dopinq tapılıb 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb
Fərdi
108
27 İyun , 2018 11:11
Azərbaycanın daha bir ağırlıqqaldıranından dopinq tapılıb
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir. Səbəb kimi İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb.

İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq. IWF iş yekunlaşmayanadək heç bir açıqlama verməyəcəyini də bəyan edib. 

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev "Report"a açıqlamasında faktı təsdiqləyib: "Bizə bu barədə məlumat daxil olub. Hazırda federasiya olaraq, məsələni araşdırırıq. Hüseyn İsmayılovun dopinqlə bağlı cəza alıb-almayacağı hələ dəqiq deyil. İş rəsmi həllini tapandan sonra geniş açıqlama veriləcək".

Qeyd edək ki, Hüseyn İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.  

Son xəbərlər

Orphus sistemi