Azərbaycanın daha 9 cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizəyə başlayır

Azərbaycanın daha 9 cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizəyə başlayır Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Fərdi
16 fevral 2025 05:40
Azərbaycanın daha 9 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə 8 kişi, 1 qadın idmançı tatamiyə çıxacaq.

Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (hər ikisi 100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı +100 kq) və Nigar Süleymanova (+78 kq) meda qazanmağa çalışacaqlar.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.

Son xəbərlər

Orphus sistemi