Yuxarı

​Bu gün Azərbaycanın daha 4 güləşçisi dünya çempionatında mübarizəyə qoşulacaq

Mübarizə 59 kq, 71 kq, 80 kq və 130 kq çəkidə gedəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 4 pəhləvanı qüvvəsini sınayacaq. "Report"un məlumatına görə, mübarizə 59 kq, 71 kq, 80 kq və 130 kq çəki dərəcələrində gedəcək.

Rövşən Bayramov 59 kq çəkidə mübarizəyə qoşulacaq. Onun rəqibi hindistanlı Sinq Ravinder olacaq. 71 kq çəki dərəcəsində Rəsul Çunayev Monako güləşçisi Frank Hassli ilə üz-üzə gələcək. Rafiq Hüseynov isə 80 kq-da rusiyalı Yevgeni Saleyevlə döşək üzərinə çıxacaq. Hər üç güləşçi 1/16 final mərhələsində mübarizə aparacaq.

130 kq çəkidə yarışan Sabah Şəriəti isə macarıstanlı Lam Balint və iranlı M.Aliyarifeyza arasındakı görüşün qalibi ilə güləşəcək.

İlk görüşlər Bakı vaxtı ilə, saat 22:00-da, final görüşləri isə növbəti gün səhər saat 06:30-da başlayacaq.

59 kq

1/16 final - Rövşən Bayramov - Sinq Ravinder (Hindistan)

71 kq

1/16 final - Rəsul Çunayev - Frank Hassli (Monako)

80 kq

1/16 final - Rafiq Hüseynov - Yevgeni Saleyev (Rusiya)

130 kq

1/8 final - Sabah Şəriəti - Lam Balint (Macarıstan) / M.Aliyarifeiza (İran)

Qeyd edək ki, sentyabrın 12-də başa çatacaq dünya çempionatında Azərbaycanı yunan-Roma güləşində baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

İlk yarış günündə  Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində 2016-cı ildə Rio-De-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi