Azərbaycanın daha 2 güləşçisi olimpiadaya lisenziya qazanıb

Azərbaycanın daha 2 güləşçisi olimpiadaya lisenziya qazanıb ​Azərbaycanın daha 2 güləşçisi olimpiadaya lisenziya qazanıb
Fərdi
9 Sentyabr , 2015 03:18
Azərbaycanın daha 2 güləşçisi olimpiadaya lisenziya qazanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 2 yunan-Roma güləşçisi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, bunlar Rövşən Bayramovla Sabah Şəriətidir. 


59 kq çəki dərəcəsində çıxış edən Bayramov əvvəlcə hindistanlı Sinq Ravinderi, ardından şimali koreyalı Von Çol Yunu yenib. 1/4 finalda onun rəqibi iranlı olimpiya və 6 qat dünya çempionu Hamid Mohammad Soryan olub. Görüş elə ilk hissədəcə təmsilçimizin texniki qələbəsi ilə yekunlaşıb - 5:0. Beləliklə, yarımfinala yüksələn Bayramov ilk "5-liy"ə vəsiqəni təmin edərək, ardıcıl 3-cü dəfə olimpiadada iştirak hüququna yiyələnib.

130 kq çəkidə yarışan Sabah Şəriəti də bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. O, ardıcıl olaraq, macarıstanlı Lam Balinti və bolqarıstanlı Lyubomir Nikolov Dmitrovu yenərək, yarımfinala yüksəlib. Şəriəti finala gedən yolda türkiyəli dünya və 4 qat Avropa çempionu Rıza Kayaalpla qarşılaşacaq. Amma bu görüşün nəticəsindən asılı olmayaraq, təmsilçimiz ilk "5-liy"ə düşdüyü üçün olimpiadaya vəsiqəni təmin edib.

71 kq çəki dərəcəsindəki Rəsul Çunayev isə finala yüksəlib. O, Monako güləşçisi Frank Hasslini 5:1, rusiyalı Adam Kulakı 9:0, ABŞ təmsilçisi Justin Daşaun Lesteri və belaruslu Timur Berdıyevi 8:0 hesabı ilə yendikdən sonra həlledici görüşdə iştirak hüququna yiyələnib. Finalda Çunayevin rəqibi ukraynalı Timur Vardanyan olacaq. Lakin 71 kq olimpiya çəki dərəcəsi sayılmadığından, "Bakı 2015" I Avropa Oyunları qəhrəmanı Rio-2016-ya lisenziya qazana bilməyəcək.

Rafiq Hüseynov isə 80 kq çəki dərəcəsindəki ilk görüşündə rusiyalı Yevgeni Saleyevə uduzub. Saleyev finala yüksələ bilmədiyindən, Hüseynov medal və lisenziyasız qalıb.

Qeyd edək ki, ilk yarış günündə Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində 5-ci yeri tutaraq, olimpiadaya lisenziya qazanıb.
59 kq

1/16 final. Rövşən Bayramov - Singh Ravinder (Hindistan) - 9:1
1/8 final. Rövşən Bayramov - Von Çol Yun (KXDR) - 8:7
1/4 final. Rövşən Bayramov - Hamid Mohammad Soryan (İran) - 5:0
1/2 final. Arsen Yeraliyev (Qırğızıstan) - Rövşən Bayramov

71 kq 1/16 final. Rəsul Çunayev - Frank Hassli (Monqolustan) - 5:1
1/8 final. Rəsul Çunayev - Adam Kurak (Rusiya) - 9:0
1/4 final. Rəsul Çunayev - Justin Daşaun Lester (ABŞ) - 8:0
1/2 final. Timur Berdıyev (Belarus) - Rəsul Çunayev - 0:8

80 kq 1/16 final. Rafiq Hüseynov - Yevgeni Saleyev (Rusiya) - 3:8
Saleyev finala çıxa bilmədiyindən, Hüseynov mübarizəni dayandırıb.

130 kq 1/8 final. Sabah Şəriəti - Balint Lam (Macarıstan) - 3:1
1/4 final. Lyubomir Nikolov Dimitrov (Bolqarıstan) - Sabah Şəriəti - 0:9
1/2 final. Sabah Şəriəti - Rıza Kayaalp (Türkiyə)

Qeyd edək ki, sentyabrın 12-də başa çatacaq dünya çempionatında Azərbaycanı yunan-Roma güləşində baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

İlk yarış günündə Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində 2016-cı il Rio-De-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Son xəbərlər

Orphus sistemi