Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət milli komandası Türkiyənin Samsun şəhərində təlim-məşq toplanışındadır.
"Report"un məlumatına görə, samsunlu və qonşu şəhərlərdən olan cüdoçularla birgə hazırlıq prosesinə yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov da qatılıb. Məşqi yerli idman rəsmiləri də izləyərək, cüdoçular arasında mini-turnirin qaliblərini mükafatlandırıb.


